AZCHEMCO yeni “VS 32” məhsulu ilə beynəlxalq bazarlara çıxır 24 Dek 2022

AZCHEMCO yeni “VS 32” məhsulu ilə beynəlxalq bazarlara çıxır

AZCHEMCO yeni “VS 32” məhsulu ilə beynəlxalq bazarlara çıxır
 

Özünə aid formulalarla bitkilər üçün gübrə və dərman istehsalçısı olaraq Azərbaycan tarixində ilk dəfə tərkibində texniki elementlər olan suda həll olunan toz gübrələrin (NPK) istehsalını həyata keçirən AZCHEMCO şirkəti tarixdə ilk dəfə azotun kütlə payı 32% olan “karbamid-ammonium nitrat” ​​(UAN) maye gübrə əldə edə bilib.

“Report” xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti “İntertek” beynəlxalq təftiş xidmətinin laboratoriya sınaqlarının nəticələrinə istinadən məlumat yayıb.

Nəzərinizə çatdırmaq istərdik ki, məhsulu innovativ edən onun əldə olunma üsuludur. Belə ki, qarışdırma və istehsal prosesi “soyuq” üsulun emalından istifadə edilməklə həyata keçirilir.

UAN – ammonium nitrat və karbamidin sulu məhlullarının qarışığıdır (35,4% karbamid, 44,3% ammonium nitrat, 19,4% su, 0,5% ammonyak suyu nisbətində). Maye gübrənin sıxlığı 1,34 kq/m3-ə qədərdir.

UAN azotun üç formasını ehtiva edən yeganə azot gübrəsidir: nitrat - ani təsir göstərir; ammonium - nitrifikasiya prosesində nitrat formasına keçir; amid - torpaq mikroorqanizmlərinin fəaliyyəti nəticəsində ammonium formasına, sonra isə nitrat formasına keçir.

AZCHEMCO yeni “VS 32” məhsulu ilə beynəlxalq bazarlara çıxır
 

Link: https://report.az/