“AZCHEMCO” kənd təsərrüfatında inqilabi məhsulu Türkiyədə təqdim edib 15 Sen 2023

“AZCHEMCO” kənd təsərrüfatında inqilabi məhsulu Türkiyədə təqdim edib

“AZCHEMCO” kənd təsərrüfatında inqilabi məhsulu Türkiyədə təqdim edib
 

Azərbaycan brendi olan “AZCHEMCO” şirkəti kənd təsərrüfatına yararsız torpaqları yararlı hala gətirə bilən məhsul istehsal edib.

“Report” “Habel Global”a istinadən xəbər verir ki, bunu şirkətin təsisçisi Levent Özdemir Türkiyənin İstanbul şəhərində “Argus Fertilizers 2023. Caspian, Black Sea and Eastern European markets”in 5-ci yubiley beynəlxalq konfransı çərçivəsində deyib.

O qeyd edib ki, quraqlıqla mübarizədə böyük rol oynayan bu məhsul "Drip Drop 369” adlanır: “Drip Drop 369”u istehsal etməkdə məqsədimiz istifadəsiz, yararsız torpaqları yenidən yararlı hala gətirməkdir. Bu məhsulu istifadə etməklə torpaqda PH səviyyəsi aşağı düşəcək, duzluluq faizi enəcək, bununla da kənd təsərrüfatı üçün əlverişsiz torpaqlarla bağlı problemlər həll ediləcək”.

L. Özdemirin sözlərinə görə, hazırda aqrar sahədə bir çox fermerlər selləmə sulama üsulundan istifadə edir: "Bu isə məhsuldarlığa mənfi təsir göstərir. Həmçinin, hazırda dünyada su mənbələri azalır. "AZCHEMCO" şirkətinin istehsal etdiyi yeraltı damcı suvarma sistemlərini yeni innovativ "Drip Drop 369" məhsulu ilə birlikdə istifadə etməklə torpaqların PH-ni tənzimləyə, keyfiyyətini yaxşılaşdıra və ümumi məhsuldarlığı artıra bilərik ki, bu da şübhəsiz ki, torpağı kənd təsərrüfatı istifadəsi üçün yararlı hala gətirəcək. Su çatışmazlığı və iqlim dəyişikliyi səbəbindən müasir dünyada "Drip Drop 369" məhsulu torpaqların şoranlaşması və quraqlıqla mübarizə üzrə yüksək səmərəliliyə malik innovativ üsuldur”.

O deyib ki, insanların sağlamlığını, ekologiyanın qorunmasını və daha da yaxşılaşdırılmasını təmin etmək üçün "Drip Drop 369" məhsulu ixtira edilib: “Bu məhsul əkilən bitkinin maksimum qidalanması təmin edir, nəticədə insanlara daha keyfiyyətli məhsullar təqdim edilir”.

L. Özdemir vurğulayıb ki, bu məhsulu istehsal etməklə biz dünyaya Azərbaycan standartlarını gətiririk.

Qeyd edək ki, “Drip Drop 369” məhsulu BMT-nin ixtisaslaşmış Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) çağırışına tam cavab verib.

Xatırladaq ki, “Argus Fertilizers 2023. Caspian, Black Sea and Eastern European markets” geniş spektrli əsas gübrə istehsalçılarını, ticarət və nəqliyyat şirkətlərini, infrastruktur sahiblərini, yükgöndərənləri, ixracatçıları, bankları və maliyyə təşkilatlarını, habelə profilli dövlət orqanlarını bir araya gətirən regionda ən böyük beynəlxalq tədbirdir.

Link: https://report.az/